...

"Fənərbağça" tarix yaza bilmədi

İdman Materials 3 May 2013 02:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Bu gün UEFA Avropa Liqasının ½ final mərhələsinin cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, "Benfika" öz meydanında ilk oyunda 0:1 hesabı ilə məğlub olduğu "Fənərbağça"nı qəbul edib.

9-cu dəqiqədə ev sahiblərinin heyətində Niko Qaitan hesabı açıb. Düz 14 dəqiqə sonra Dirk Kuyt penaltidən dəqiq yararlanmaqla hesaba tarazlıq gətirib (1:1).

35-ci dəqiqədə Oskar Kardozo yenidən portuqaliyalıları önə çıxarıb.

Matçın 57-ci dəqiqəsində "Fənərbağça"nın aparıcı futbolçusu Gökhan Gönül başından ciddi zədə alaraq meydanı tərk edib. 66-cı dəqiqədə Kardozo dubl edib (3:1). Matç elə bu hesabla da başa çatıb.

Digər oyunda isə "Bazel" ilk oyunda 1:2 hesabı ilə məğlub olduğu "Çelsi"nin qonağı olub. Matç 3:1 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.

Beləliklə, UEFA Avropa Liqasının finalında "Benfika" və "Çelsi" üz-üzə gələcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti