...

Vəhdət Sultanzadə: Türkmənistan idmançılarının bu idman bayramında uğurlu çıxış edəcəklərinə əminəm

İdman Materials 8 İyul 2013 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend/

2017-ci ildə Türkmənistan paytaxti Aşqabadda qapalı arenalarda döyüş sənəti üzrə 5-ci Asiya oyunları keçiriləcək. Trend xəbər verir ki, bu günlərdə Koreyada təşkil olunmuş eyni tədbirdə ev sahibləri olimpiadanın bayrağını Xəzər sahili dövlətdə təqdim etdi.

Əlamətdar hadisə Türkmənistanda böyük cöşqu ilə qarşılandı, yüksək səviyyədə qeyd olundu. Paytaxtın eyni adlı stadionunda təşkil edilmiş açılış mərasimində ölkə başçısı Qurbanqulu Berdiməhəmmədov da iştirak etdi. Asiya oyunlarının bayrağı Səfərmurad Türkmənbaşı adına aeroportundan "Aşqabad" arenasına gətirilməsi dövlət televiziyası vasitəsilə canlı yayımlandı.

Bu tədbiri işıqlandırmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları dəvət olundu. Azərbaycanı həmin toplantıda Gənclər və İdman Nazirliyinin rəsmi orqanı "İdman" təmsil etdi.

Asiya oyunlarının bayrağı meydana Koreyada keçirilmiş analoji yarışda fərqlənən idmançıların müşayiəti ilə gətirildi. Türkmənistan bayrağı ilə yanaşı yüksəyə qaldırıldıqdan sonra, ölkə himni səsləndi; baş nazirin idman, turizm, təhsil və tibb üzrə müavini Səfərdurdu Poyliyev ölkə başçısı Qurbanqulu Berdiməhəmmədovun təbrik məkbunu oxudu. Daha sonra tədbir konsert proqramı ilə davam etdi.

Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə "İdman" qəzetinə bildirdi ki, rəsmi Aşqabad bu tədbirə yüksək önəm verir: Sitat "5-ci Asiya oyunlarına ciddi hazırlıq gedəcək. Yeni idman qurğuların tikilməsi üçün böyük vəsait ayrılıb. Əminəm ki, sözü gedən tədbir yüksək təşkil olunacaq və Türkmənistan idmançılarının uğurlu çıxışları ilə yadda qalacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti