...

Məsut Özil ilk dəfə başla qol vurdu

İdman Materials 20 Oktyabr 2013 14:18 (UTC +04:00)
İngiltərə Premyer Liqasının VIII turunda "Arsenal" - "Norviç" matçında londonluların futbolçusu Məsut Özil karyerası ərzində ilk dəfə başla qol vurub.
Məsut Özil ilk dəfə başla qol vurdu

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

İngiltərə Premyer Liqasının VIII turunda "Arsenal" - "Norviç" matçında londonluların futbolçusu Məsut Özil karyerası ərzində ilk dəfə başla qol vurub.

Trend-in məlumatına görə, Londonda "Arsenal"ın 4-1 hesabı ilə qələbə qazandığı qarşılaşmada iki qol vuran türk əsilli almaniyalı oyunçu 58-ci dəqiqədə Olivye Jirunun hava ötürməsindən sonra topa baş zərbəsi endirərək karyerasında ilkə imza atıb.

Oktyabrın 15-də ad gününü qeyd edən M.Özil oyundan sonra şəxsi "twitter" səhifəsində yazıb: "Norviç"in qapısına başla vurduğum qol mənim üçün gecikmiş ad günü hədiyyəsi oldu".

Xəbər lenti

Xəbər lenti