...

Rövnəq Abdullayev: "Araz"ın UEFA kubokunun finalına çıxması ölkədə futbolun inkişafı üzrə görülən işlərin məntiqi nəticəsidir

İdman Materials 13 Dekabr 2013 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

"Araz" klubunun futzal üzrə UEFA kubokunun final mərhələsinə vəsiqə qazanmasını ölkəmizdə futbolun inkişafı istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirmək lazımdır. Trend AFFA-nın saytına istinadən xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA kuboku turnirinin final mərhələsinin Bakıda keçirilməsi ilə bağlı affa.az saytına açıqlamasında deyib.

R.Abdullayev qeyd edib ki, sevindirici haldır ki, Avropa futbol qurumunun İcraiyyə Komitəsi futzal üzrə UEFA kubokunun final mərhələsinin Bakıda təşkil olunması barədə qərar çıxarıb: "Bununla əlaqədar olaraq UEFA İcraiyyə Komitəsinin üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Təbii ki, belə bir qərarın qəbul olunmasında FIFA U-17 qadınlararası dünya çempionatının 2012-ci ildə ölkəmizdə yüksək səviyyədə keçirilməsi də mühüm rol oynayıb. İnanıram ki, final mərhələsinin oyunlarının keçirilməsi ilə bağlı yaradılacaq UEFA və AFFA-nın təşkilat komitələri işinin öhdəsindən layiqincə gələcək, "dördlər finalı" yüksək səviyyədə təşkil olunacaq və ölkəmizin mötəbər turnirlərə ev sahibliyi etməsinə daha böyük zəmin yaradacaq".

Qeyd edək ki, "Barselona" (İspaniya), "Dinamo" (Rusiya), "Kayrat" (Qazaxıstan) və Azərbaycan çempionu "Araz"ın mübarizə aparacağı "Dördlər finalı"nın oyunları 2014-cü ilin aprel ayında Sərhədçi İdman Olimpiya Kompleksində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti