...

İdman gimnastikası, akrobatika və tamblinq üzrə birləşmiş Azərbaycan çempionatının qalibləri müəyyənləşib (FOTO)

İdman Materials 20 Dekabr 2013 18:08 (UTC +04:00)
Bu gün Şağan Olimpiya İdman Kompleksində idman gimnastikası, akrobatika və tamblinq üzrə birləşmiş Azərbaycan çempionatı başa çatıb.
İdman gimnastikası, akrobatika və tamblinq üzrə birləşmiş Azərbaycan çempionatının qalibləri müəyyənləşib (FOTO)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Bu gün Şağan Olimpiya İdman Kompleksində idman gimnastikası, akrobatika və tamblinq üzrə birləşmiş Azərbaycan çempionatı başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, bu gün akrobatika və tamblinq yarışlarında mükafat dəstləri oynanılıb.

AGF bu növlərin populyarlaşmasına yönəldilmiş birləşmiş yarışları artıq bir neçə dəfə keçirib. Üstəlik, bir neçə gimnastika növü üzrə turnir tamaşaçıları daha çox cəlb edir. Tamaşaçılar idman gimnastikası, akrobatika və tamblinq üzrə mübarizənin gedişini əyani surətdə izləyə bilirlər.

AGF rəsmi saytında Şağan Olimpiya İdman Kompleksinə bu və ya digər səbəbdən gələ bilməyən idmansevərlər, xaricdə yaşayan həmvətənlər və azarkeşlər üçün canlı yayım aparır.

Həmçinin çempionat çərçivəsində gimnastikanın batut növündə nümunəvi çıxışlar olub.

Tamblinq üzrə çempionatın nəticələri:

Seniorlar

1. Səid Səlimov
2. Aydın Əliyev

Gənclər

1. Ələsgər Nurəliyev
2. Ruslan Kərimzadə
3. İbrahim Məmmədov

Uşaqlar

1. Adil Hacızadə
2. Eyyub Əliyev
3. Tofiq Əliyev

Yeniyetmələr

1. Fərid Mustafayev
2. Nizami Hacızadə
3. Azad Həsənov

Qızlar

1. Nərgiz Sofiyeva
2. Ləman Əhmədova
3. Selcan Maxsudova

Akrobatika üzrə çempionatın nəticələri:

Seniorlar (qız)

1. Aynur Hüseynova - Nərmin Ramazanova

Seniorlar (oğlan)

1. Elçin Əlibəyov - Emin Gülməmmədli

Gənclər (qızlar)

1. Lalə Hüseynova - Xoşqədəm Quliyeva
2. Aygün Əhmədova - Ruhidil Qurbanlı
3. Lamiyə Nəcəfli - Fatma Rufullayeva

Gənclər (oğlanlar)

1. Seymur Cəfərov - Murad Əkbərov
2. Elçin Məmmədov - Tacəddin Hacıyev
3. Turan Məmmədov - Hüseyn Fərəczadə

Qarışıq cütlük (gənclər arasında)

1. Surxay Qarayev - Ayşən Salamova
2. Ağasif Rəhimov - Nurcan Cabbarlı
3. İlkin Abdullayev - Nigar Kərimova

Qadın qrupların yarışı (gənclər)

1. Samirə İbrahimova - Ülviyyə İsgəndərli - Məryəm Qurbanova
2. Nil Nalbəndoğlu - Naz Nalbəndoğlu - Ceyla Zakiryayeva
3. Səmra Əsgərzadə - Ləman Zeynalzadə - Ayla Zakiryayeva

Qızlar arasında yarış:

1. Emiliya Nəzərli - Raziyə Seyidli
2. Tünzalə Daşdəmirova - Nəzrin Fərmanova
3. Firuzə Sadıqova - Lamiyə Quliyeva

Məqalədə:
Xəbər lenti

Xəbər lenti