...

Van Persi şousu və ya Mançesterdə yunanlara futbol dərsi

İdman Materials 20 Mart 2014 01:41 (UTC +04:00)
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Van Persi şousu və ya Mançesterdə yunanlara futbol dərsi

Azərbaycan, Bakı, 20 mart /Trend/

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, "Mançester Yunayted" ilk oyunda 0:2 hesabı ilə məğlub olduğu Yunanıstanın "Olimpiakos" klubunu qəbul edib.

Robin van Persi 25-ci dəqiqədə penalti zərbəsini dəqiq yetirərək ingilisləri hesabda önə çıxarıb. İlk hissənin son dəqiqəsində isə R.Persi dubla imza atıb. İkinci hissənin əvvəlində isə het-trik qeydə alınıb - 3:0. Yunanlar hesabı dəyişə bilməyiblər.

Dortmund "Borussiya"sı isə səfərdə 4:2 hesabı ilə qalib gəldiyi "Zenit"i sınağa çəkib. Matçda ilk qol gözlənilmədən ruslardan gəlib - 16-cı dəqiqədə Halk fərqlənib. 38-ci dəqiqədə Kel hesabı bərabərləşdirib.

73-cü dəqiqədə Xose Salomon Rondon peterburqluları yenidən önə keçirib - 1:2. Matç elə bu hesabla da başa çatıb.

Beləliklə, "Mançester Yunayted" və "Borussiya" da adlarını 1/4 finala yazdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti