...

Yeniyetmə güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə gedəcək

İdman Materials 12 May 2014 11:15 (UTC +04:00)
Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə bildiriblər ki, 25-27 avqust 2014-cü il tarixdə Çin Xalq Respublikasının Nanjinq şəhərində yeniyetmələrin II Olimpiya Oyunları keçiriləcək.
Yeniyetmə güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə gedəcək

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan güləşçiləri yeniyetmələrin II Olimpiya Oyunlarına tam heyətlə gedəcək.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə bildiriblər ki, 25-27 avqust 2014-cü il tarixdə Çin Xalq Respublikasının Nanjinq şəhərində yeniyetmələrin II Olimpiya Oyunları keçiriləcək.

Olimpiya Oyunlarında yeniyetmə qızlar 46, 52, 60 və 70 kq, sərbəst güləşçilər 46, 54, 63, 76 və 100 kq, yunan-Roma güləşçiləri isə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində mübarizə aparacaqlar. FILA qaydalarına əsasən, Olimpiya Oyunlarında hər bir ölkə maksimum 5 güləşçi (2 sərbəst, 2 yunan-Roma və 1 qadın güləşçi) ilə təmsil oluna bilər.

Qeyd edək ki, Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında güləşçilərimiz yetərli sayda lisenziyalar qazanıblar və Olimpiya Oyunlarında tam heyətlə (5 güləşçi ilə) iştirak edəcəklər. Belə ki, güləşçilərimiz sərbəst növ üzrə 46, 63 və 100 kq-da, yunan-Roma güləşi üzrə 50 və 69 kq-da, yeniyetmə qızlar isə 46 və 52 kq çəki dərəcələrində lisenziya əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti