...

Bakının Nizami rayonunda Respublika Günü münasibətilə bədii gimnastika üzrə açıq birincilik keçirilib (FOTO)

İdman Materials 23 May 2014 16:37 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə “Start” İdman və Sağlamlıq Kompleksində 28 May - Respublika Günü münasibətilə “Bahar-2014. Bədii gimnastika üzrə “Baku Flames” klubunun açıq birinciliyi keçirilib.
Bakının Nizami rayonunda Respublika Günü münasibətilə bədii gimnastika üzrə açıq birincilik keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə "Start" İdman və Sağlamlıq Kompleksində 28 May - Respublika Günü münasibətilə "Bahar-2014. Bədii gimnastika üzrə "Baku Flames" klubunun açıq birinciliyi keçirilib.

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın gimnastikanın inkişafına verdiyi töhfələrdən söz açılıb. Bildirilib ki, Nizami rayonunda Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş Milli Gimnastika Arenası idmanın bu növünün daha da inkişaf etdirilməsinə böyük stimul verəcək.

Sonra birinciliyə start verilib.

Yarışda Azərbaycanın bir çox bölgələrini təmsil edən 125 gimnast iştirak edib.

Gimnastlar 5 növ - halqa, top, gürz, lent və ip atlama üzrə bacarıqlarını nümayiş etdiriblər.

Yarışda hər bir növ üzrə qalib gəlmiş gimnastlar mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti