Azərbaycan, Bakı, 10 sentyabr /Trend/
Bakıda seçmə mərhələ oyunları keçiriləcək.
Trend AFFA-ya istinadən məlumat verir ki, sentyabrın 13-dən 18-dək Bakıda 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunun oyunları keçiriləcək.
Oyunların təqvimi:
13 sentyabr, Bayıl stadionu
Saat 11:00. Ukrayna - Azərbaycan
13 sentyabr, Bayıl stadionu
Saat 19:00. Danimarka - Kipr
15 sentyabr, Bayıl stadionu
Saat 16:00. Kipr - Ukrayna
15 sentyabr, Bayıl stadionu
Saat 19:00. Danimarka - Azərbaycan
18 sentyabr, Dalğa Arena
Saat 11:00. Ukrayna - Danimarka
18 sentyabr, Bayıl stadionu
Saat 11:00. Azərbaycan - Kipr