Azərbaycan, Bakı, 26 aprel /Trend/
Bu gün Şəmkirdə Vüqar Həşimov Memorialının yekun turunda maraqlı oyunlar gedir.
Trend-in məlumatına görə, yekun turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov və Böyük Britaniya nümayəndəsi Maykl Adams öz partiyalarını birinci başa çatdırıblar. Oyun təqribən iki saat davam edib və 270-ci gedişdən sonra rəqiblər heç-heçəyə razılaşıblar. Yekun tur ərəfəsində Azərbaycan qrossmeysterinin 3,5, ingilis şahmatçının isə 3 xalı vardı.
Qeyd edək ki, nə Ş.Məmmədyarov, nə də M.Adams qələbə qazansaydı belə mükafatçılar sırasına düşə bilməyəcəkdi.
Maqnus Karlsen (Norveç) - Rauf Məmmədov (Azərbaycan), Fabiano Karuana (İtaliya) - Vişvanatan Anand (Hindistan), Aniş Giri (Hollandiya) - Vladimir Kramnik (Rusiya) və Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (Amerika) partiyaları hələ davam edir.