Azərbaycan, Bakı, 15 iyul /Trend/
Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları davam edir.
Ölkəmizin "Qarabağ" komandası bu gün turnir çərçivəsində ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası doğma meydanda Monteneqro çempionu "Rudar"la 0:0 hesabı ilə heç-heçə oynayıb.