...

Millimizin dünya çempionatında rəqibi məlum oldu

İdman Materials 12 Fevral 2016 16:03 (UTC +04:00)
Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin püşkü atılıb.
Millimizin dünya çempionatında rəqibi məlum oldu

Bakı. Trend:

Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, Serbiyanın paytaxtı Belqradda keçirilmiş mərasimdə Azərbaycan millisinin rəqibi müəyyənləşib. Püşkə əsasən, komandamız Niderland yığması ilə qarşılaşacaq.

Püşkün nəticələri:

Sloveniya - İspaniya
Slovakiya - Ukrayna
Polşa - Qazaxıstan
Serbiya - Portuqaliya
Belarus - Rusiya
Niderland - Azərbaycan
Macarıstan - İtaliya

Yığmamız ilk oyununu martın 22-də səfərdə, cavab oyununu isə aprelin 12-də evdə keçiriləcək. Millimiz pley-offda qalib gəlsə, tarixində ilk dəfə dünya çempionatına yüksələcək.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi bu il sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada təşkil ediləcək və qalib adı uğrunda 24 komanda yarışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti