...

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyinə start verilib (FOTO)

İdman Materials 25 May 2016 12:42 (UTC +04:00)
Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb.
Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyinə start verilib (FOTO)

Bakı. Trend:

Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 1999-2000-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunub.

Yarışda AGF-nin nümayəndəlikləri üzrə keçirilən seçim turnirlərində qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq iştirak edir.

Yarışların təntənəli açılış marasimi mayın 25-də saat 17:00-da baş tutacaq.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kq çəkidə 142 yeniyetmə pəhləvan yarışır.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti