Fərid Hüseynov: İstərdik ki, ShamkirChess 2016-da Azərbaycan şahmatçısı qələbə qazansın

Fərid Hüseynov: İstərdik ki, ShamkirChess 2016-da Azərbaycan şahmatçısı qələbə qazansın

Bakı. Trend:

ShamkirChess 2016 turnirinin direktoru Fərid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

- Şəmkir növbəti dəfə Vüqar Həşimovun xatirə turnirini keçirməyə hazırlaşır. İlk olaraq yarış haqqında fikirlərinizi bilmək istərdik?

- Ardıcıl üçüncü ildir ki, Şəmkirdə Azərbaycanın istedadlı şahmatçısı, mərhum Vüqar Həşimovun xatirə turniri keçirilir. Hər il olduğu kimi bu dəfə də ShamkirChess 2016-da çox güclü heyət mübarizə aparacaq. Synergy Group olaraq yarışın yüksək səviyyədə təşkili, iştirakçıların turnirdən razı qalması üçün bütün lazımi tədbirlər həyata keçirilib. ShamkirChess2016 adi turnir deyil. Bu həm də artıq gözəl ənənədir.

- Bu ilki iştirakçılar haqqında nə düşünürsünüz?

- ShamkirChess 2016-da çox güclü şahmatçılar iştirak edir. Dünya çempionluğuna iddialı Sergey Karyakin, istənilən yarışın favoriti göstərilən Fabiano Karuana, Hollandiya təmsilçisi Aniş Giri və digərləri Şəmkirdə maraqlı partiyalar nümayiş etdirəcək. Yeganə xanım iştirakçımız, dünya çempionu Xou Yifanın iştirakçılar sırasında olması yarışa əlavə rəng qatacaq. Fikrimcə son tura qədər şahmatsevərləri maraqlı mübarizə gözləyir.

- İlk dəfə olaraq ShamkirChess-də Azərbaycan 4 şahmatçıyla təmsil olunur. Bu nə ilə əlaqədardı?

- Bildiyiniz kimi, 2016-cı il Azərbaycan şahmatı üçün əlamətdar ildir. Sentyabrda Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. 170-dən çox ölkə olimpiya çempionluğu uğrunda yarışacaq. ShamkirChess2016 həm də yığmamızın əsas üzvləri üçün hazırlıq olacaq. Milli komandamızın liderləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, ölkə çempionu Eltac Səfərli və Rauf Məmmədova böyük ümid bəsləyirik. Biz məhz Azərbaycan şahmatçılarının uğur qazanmasını istəyirik.

- İlk iki turnirdə dünya çempionu Maqnus Karlsen qələbə qazanıb. Bu dəfə onun olmaması ShamkirChess2016-dakı mübarizəyə təsir edəcəkmi?

- Maqnus Karlsen dünyanın ən güclü şahmatçılarından biridir. Təşkilat Komitəsi bu il də onun iştirakına çalışırdı. Təəssüf olsun ki, norveçli şahmatçı təqviminin sıx olmasına görə Şəmkirə gələ bilmədi. Maqnus təəssüflə qeyd etdi ki, bu dəfə ShamkirChess-də iştirak edə bilməyəcək. Biz də onun iştirakını çox istəyirdik. Onun yoxluğunda şahmatçılar arasında rəqabət daha da artacaq. Maqnus olarkən aşkar favorit göstərilirdi və hər tur qələbəyə əsas namizəd idi. Bu dəfə ShamkirChess 2016-dakı hər bir şahmatçı yarışda qələbə qazanmağa qadirdi.

- Yarışda sizin favoritinizi bilmək istərdik?

- Reytinq favorit Fabiano Karuanadır. Maqnusun yoxluğunda fikrimcə Fabiano liderliyə yüksələ bilər. Amma unutmayaq ki, reytinq hər zaman özünü doğrultmur. Sergey Karyakin kimi güclü şahmatçının Şəmkirdə olmasını unutmaq olmaz. İddiaçılar turnirinin qalibidir və indi dünya çempionu Maqnus Karlsenlə çempionluq görüşünə hazırlaşır. Pavel Elyanov, Pentala Harikrişnanı da siyahıdan silmək olmaz. Ən əsası biz Azərbaycan şahmatçılarından əzmkar mübarizə gözləyirik. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədovdan gözləntimiz böyükdür.

- Azərbaycan şahmatçılarından hansı nəticəni gözləyirsiniz?

- Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov hər zaman bizləri qələbələrlə sevindirib. Biz hər il yerli şahmatçılarımıza azarkeşlik edirik. İstərdik ki, ShamkirChess 2016-da Azərbaycan şahmatçısı qələbə qazansın. Məmmədyarovla Rəcəbovun sona qədər liderlər sırasında olacağını düşünürəm. Rauf Məmmədovla Eltac Səfərlidən də yaxşı oyun gözləyirik. Eltac Azərbaycan çempionatının son qalibidir. Son turnirlərdə çox yaxşı təsir bağışlayıb. Onlar üçün ShamkirChess 2016 bir çağırışdır. Hər bir bu turnirdə qalib olmağı bacaracaq gücdədir.

- Yəqin razılaşarsınız ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkiri şahmat şəhərləri sırasına daxil etdi...

- Bizim üçün də Vüqar Həşimov kimi böyük şahmatçının adını yaşatmaq böyük fəxrdir. Hər il bu yarışı daha da yüksək səviyyədə keçirməyə çalışırıq. Hazırda hədəf cari turniri yüksək səviyyədə təşkil etməkdir. Əvvəlki illərdə qonaqlarımız ShamkirChess-i məşhur Veyk-An-Zee və ya Linares turniriylə müqayisə edib. FİDE prezidenti Kirsan İlyumjinov Şəmkir turnirini dünyanın ən yaxşı və güclü yarışlarından biri adlandırıb. Bu sözlər Təşkilat Komitəsinin gördüyü işə yüksək qiymət verir. Turnirin sponsoru, əsası 2010-cu ildə qoyulmuş "Synergy Group", özünün Korporativ Sosial Məsuliyyət siyasətinin tərkib hissəsi olaraq ölkədə təhsil və idmanın inkişafına və eyni zamanda, dünyada tanınmasına investisiya yatırır. Bundan sonra da ölkədə idmanın xüsusilə şahmatın inkişafına dəstək olmağa çalışacağıq.

Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Azərbaycanda yüksək maaş verilən sahələr açıqlandı
Azərbaycanda yüksək maaş verilən sahələr açıqlandı
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Loading Bars
Xəbər lenti
Azərbaycanın xarici ticarət dövriyyəsi 10 milyard dollara yaxınlaşıb
Gürcüstandakı insident barışıqla başa çatdı
Azərbaycanın qaz ixracı 80 faizə yaxın artıb
"Aeroflot" Türkiyəyə bilet satışını dayandırıb
Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib
İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Xaçmaz rayonunda Zəfər parkı inşa edilir (FOTO)
Ermənistan “bir tük də qənimətdir” prinsipi ilə yenə KTMT-dən mədət umur
Dələduz iş başında yaxalanıb
Regional rəqəmsal hökumət portalının ilkin versiyası hazırlanıb
Azərbaycan neft ixracını azaldıb
Dünyada ən çox satılan avtomobillər hansılardır?
Bakı Baş Gömrük İdarəsində əməliyyat: Vəzifəli şəxslər rüşvət alarkən saxlanıldı
Hikmət Hacıyev Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb (FOTO)
Qubada qardaşlar çaya düşüb, biri ölüb
“Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı
Teledərslərin mayın 18-nə olan cədvəli
Ölkəmizin uğurlarına qısqanclıqla yanaşanlar dost ölkələrlə münasibətlərimizi pozmağa cəhd göstərirlər - Deputat
Bakıda küçə və prospektlərdə sıxlıq var - BNA (FOTO)
Tovuzda 10 yaşlı qızın qətlində təqsirləndirilən şəxsin məhkəməsi başladı
Gürcüstandakı insident tamamilə məişət zəminində baş verib - Arzu Nağıyev
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir (FOTO)
Səhiyyə sisteminin transformasiyası proqramı hazırlanır - TƏBİB
Mayın 18-nə USD/AZN rəsmi məzənnəsi
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başladı
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (FOTO/VİDEO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedib
Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb - Nazir
Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün müraciətlər bu tarixdən aktivləşir
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq etdi
2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri
277 nəfər buraxılış imtahanına gəlməyib - DİM
Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı açıqlama yayıb
Müslüm Maqomayevin tuncdan heykəli bir aya hazır olacaq - Trend TV-nin REPORTAJI
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
DİM buraxılış imtahanlarının nəticələrini elan etdi
Azərbaycanda 426 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib
Bakıda ilk dərs günündə məktəblərdə davamiyyət 80 faiz təşkil edib - BŞTİ
Bakıda heroin alverçisi yaxalandı (FOTO/VİDEO)
18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub
Azərbaycan ordusunun genişmiqyaslı təlimləri revanşist qüvvələrə mesaj olacaq - Ekspert
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur - Lavrov
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
ÜGT-nin Avropa regionunda “köklü dəyişmə yaradan texnologiyalar” mövzusunda seminarı keçirilir (FOTO)
Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını nəşr edib
AXC-Müsavat cütlüyünün xəyanəti ermənilərin torpaqlarımızı işğal etməsini asanlaşdırdı - Deputat
“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı
Qəzzadan İsrailə atılan raket yaşayış binasına düşüb - Yaralılar var
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
Yığmamız dünya birinciliyinə qatılacaq
Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur
DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
40 yaşlı kişi özünü evində turnikdən asıb öldürdü
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıya gəlib (FOTO)
Maştağada toy yarımçıq dayandırıldı, 40 nəfər cərimələndi (FOTO/VİDEO)
Əkinlərini düzgün bəyan etməyən fermerlər subsidiyadan məhrum olunacaq - Nazirlik
TAC MMC əməkdaşları iş yerlərində vaksinasiya olunub
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası
Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev
Avropa bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üçün iki kredit tranşı ayırıb
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov
İranda koronavirusdan ölənlərin sayı 77 mini ötüb
Sabahdan Azərbaycanda "Sputnik V” vaksinindən istifadə başlanılacaq
TAP vasitəsilə hidrogen tədarükü üzrə investisiya təklifi təqdim olunub
Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır - Naqif Həmzəyev
Sabahın hava proqnozu açıqlanıb
“Xarıbülbül” festivalı Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirdi
"SOCAR Energy Ukraine" premium yanacağın satışını bərpa edib
Azərbaycanda yüksək maaş verilən sahələr açıqlandı
Azərbaycanda 13 mindən çox müəllim iş yerini dəyişmək istəyir
Sabah güclü külək əsəcək
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur (VİDEO)
Ağdamın Çıraqlı kəndində ermənilərin dağıtdığı elektrik təsərrüfatı yenidən qurulub (VİDEO)
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi konfransların qalibləri müəyyənləşib (FOTO)
FHN yanğınla bağlı əhaliyə müraciət edib (VİDEO)
SOCAR-ın Kulevi terminalında daha bir çən tikilir
Kaspersky: Azərbaycandakı kompyuterlərin 42%-də hələ də Windows 7 istifadə olunur
Toyların keçirilməsi hansı halda mümkün ola bilər? - Komitə sədri açıqladı
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur (FOTO)
Bakıdakı məhşur restoran nöqsanlara görə bağlandı
SOCAR-ın Gürcüstandakı neft terminalından bitum məhsulları yola salınacaq
İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanılıb (FOTO)
Son 4 ayda 9 mindən çox piyada cərimələnib
Ali məktəblərdə yaz imtahan sessiyası distant keçiriləcək
"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq - Avropa Komissiyası
Xəzərdə qazma qurğusunun modernləşdirilməsi başa çatıb
3 ayda baş verən yol qəzalarında 125 nəfər ölüb - BDYPİ
Gəncə qatarı Bakı-Sumqayıt xəttinə əlavə edilib
2030-cu ilə qədər piyada zonaları genişləndiriləcək - Yeni layihə hazırlanıb
Bakıda marşrut avtobuslarının 50 faizi yenilənib - Agentlik sədri
ADU-da "Azərbaycan və Çin gəncləri: dünən, bu gün, sabah" adlı seminar keçirilib
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
Tərtərdə qadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Qəbələnin Nic qəsəbəsində yeni məktəb binasının tikintisinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Azərbaycan Prezidenti: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
Bütün xəbərlər