...

Bakı-2017: Səudiyyə Ərəbistanı inamlı qələbə qazandı (FOTO)

İdman Materials 9 May 2017 10:40 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində həndbol yarışları başlayıb.
Bakı-2017: Səudiyyə Ərəbistanı inamlı qələbə qazandı (FOTO)

Bakı. Trend:

Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində həndbol yarışları başlayıb.

Trend-in məlumatına görə, A qrupunda kişilərdən ibarət Səudiyyə Ərəbistanı komandası Əlcəzair yığması ilə qarşılaşıb.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən oyunda Səudiyyə Ərəbistanı 26:13 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti