...

Bakı-2017: Əlcəzair Pakistanı darmadağın etdi (FOTO)

İdman Materials 10 May 2017 10:24 (UTC +04:00)
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları davam edir.
Bakı-2017: Əlcəzair Pakistanı darmadağın etdi (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları davam edir.

Trend-in məlumatına görə, kişilər arasında qrup oyunlarının II turu çərçivəsində “A” qrupunda Əlcəzair Pakistan komandası ilə qarşılaşıb.

Oyun Əlcəzair yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb - 47:24.

Bu qrupun digər oyununda Azərbaycan və Səudiyyə Ərəbistanı komandaları qarşılaşacaqlar. İlk oyunda millimiz Pakistan yığmasını 43:36 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti