Bakı. Trend:
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında həndbol yarışı davam edir.
Trend-in məlumatına görə, millimizin də yer aldığı A qrupunda Özbəkistan və Kamerun yığmaları qarşılaşıb.
Aşkar autsayder Özbəkistan Kamerunla da bacara bilməyib – 25:41.
Qrupun son matçı buna qədər bütün oyunları qələbə ilə başa vuran liderlər - Azərbaycan və Türkiyə həndbolçuları aralarında keçirilir.
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.