...

İranlı məşqçi: Azərbaycan, Türkiyə və Misir İslamiadada əsas rəqiblərimizdir

İdman Materials 13 May 2017 14:54 (UTC +04:00)
Karate üzrə İran milli komandası Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarında əsas rəqibləri kimi Azərbaycan, Türkiyə və Misir karateçilərini görür
İranlı məşqçi: Azərbaycan, Türkiyə və Misir İslamiadada əsas rəqiblərimizdir

Bakı. Azad Həsənli - Trend:

Karate üzrə İran milli komandası Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarında əsas rəqibləri kimi Azərbaycan, Türkiyə və Misir karateçilərini görür.

Trend-in məlumatına görə, bunu jurnalistlərə iranlı məşqçi Şahab Sultani deyib.

O qeyd edib ki, İranın IV İslam Həmrəyliyi Oyunlarının finallarında qalib gəlmək şansları var.

Ş.Soltani həmçinin, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Biz Səudiyyə Ərəbistanında, İndoneziya və digər ölkələrdə müxtəlif yarışlarda iştirak etmişik. Azərbaycanda yarışların təşkilatçılığı yüksək səviyyədədir. Biz çox şadıq ki, IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilir. Tam səmimi deyirəm ki, azərbaycanlılar və iranlılar bir-birinə çox yaxındırlar. Biz burada çox yaxşı qarşılandıq”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti