...

İraq həndbolçuları İslamiadanı bürünc medalla başa vurdu

İdman Materials 14 May 2017 13:19 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında 3-cü yer uğrunda oyun keçirilib.
İraq həndbolçuları İslamiadanı bürünc medalla başa vurdu

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında 3-cü yer uğrunda oyun keçirilib.

Trend-in məlumatına görə, Əlcəzair komandası ilə qarşılaşan İraq yığması 27:22 hesabı ilə qalib gəlib.

Beləliklə, İraq həndbolçuları İslamiadanı bürünc medalla başa vurub.

Finalda Səudiyyə Ərəbistanı ilə Türkiyə üz-üzə gələcək

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti