...

Sərbəst güləşçimiz İslamiadada medalı təmin etdi

İdman Materials 19 May 2017 11:27 (UTC +04:00)
Sərbəst güləşçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Sərbəst güləşçimiz İslamiadada medalı təmin etdi

Bakı. Trend:

Sərbəst güləşçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Trend-in məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançımız Məhəmməd Müslümov yarımfinalda əfqanıstanlı Malik Can Sadeedi vaxtından əvvəl - 10:0 hesabı ilə məğlub edib.

Bundan əvvəl təmsilçimiz 1/8 finalda Kot-d'İvuar idmançısı Açi İnnosent Abbeyə, 1/4 final mərhələsində isə Qvinea-Bisau güləşçisi Cumba Mabaliyə qalib gəlmişdi.

Beləliklə, M.Müslümov qızıl medal uğrunda döyüşəcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti