Bakı. Elçin Mehdiyev - Trend:
Bakıda Formula 1 Azərbaycan Qran Prisində birinci sərbəst yürüş başa çatıb.
Trend-in məlumatına görə, bu mərhələdə ən yüksək nəticəni 1:44.242 dəqiqə ilə finlandiyalı Valtteri Bottas ("Mercedes") göstərib.
İkinci nəticə "Red Bull" pilotu Daniel Rikkiardo (1:44.277), üçüncü nəticə isə "Force India" pilotu Serxio Peresə (1:45.075) aiddir.
Qeyd edək ki, bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisində pilotların birinci sərbəst yürüşü başlayıb.
Sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.