...

"Qarabağ" konqolu hücumçu aldı

İdman Materials 24 İyul 2018 17:12 (UTC +04:00)

Bakı. Trend:

Yeni mövsümə 6 yeni transferlə başlayan “Qarabağ” bu dəfə hücum xəttini gücləndirib.

Trend-in məlumatına görə, Ağdam təmsilçisi “Bursaspor”un forvardı Con Delarjı heyətinə qatıb. Konqolu hücumçu ilə 3 (2+1) illik müqavilə imzalanıb.

C.Delarj karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çexiya), Avstriyanın “Admira” və “Osmanlıspor” (Türkiyə) klublarında oynayıb. 28 yaşlı hücumçunun son klubu isə “Bursaspor” olub.

Konqo yığmasının heyətində 12 oyuna çıxan C.Delarj 1 qolla yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti