...

İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub oldu (VİDEO)

İdman Materials 23 Fevral 2019 19:59 (UTC +04:00)
İngiltərə Premyer Liqasının 27-ci turunda “Börnli” doğma meydanda “Tottenhem”i qəbul edib.
İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub oldu (VİDEO)

Bakı. Tural Turan - Trend:

İngiltərə Premyer Liqasının 27-ci turunda “Börnli” doğma meydanda “Tottenhem”i qəbul edib. Trend-in məlumatına görə, matç ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 58-ci dəqiqədə Kris Vud açıb. “Tottenhem”in hücumçusu Harri Keyn cavab qolunu 65-ci dəqiqədə vurub. 83-cü dəqiqədə Barns qələbə topunu vurub.

Hazırda “Tottenhem” 60 xalla üçüncü yerdə, “Börnli” 30 xalla 13-cü yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti