...

Bölgələrarası kubokunun qaliblərinin "yeniyetmələr" yaş kateqoriyasında mükafatlandırılma mərasimi keçirilib (FOTO)

İdman Materials 13 Oktyabr 2019 17:37 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında "yeniyetmələr" yaş kateqoriyasında (2009-2011-ci il təvəllüdlü) gimnastlar arasında fərdi çoxnövçülükdə (alətsiz və topla hərəktərlərdə) bədii gimnastika üzrə 6-cı bölgələrarası kubokunun qalibləri və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib.
Bölgələrarası kubokunun qaliblərinin "yeniyetmələr" yaş kateqoriyasında mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında "yeniyetmələr" yaş kateqoriyasında (2009-2011-ci il təvəllüdlü) gimnastlar arasında fərdi çoxnövçülükdə (alətsiz və topla hərəktərlərdə) bədii gimnastika üzrə 6-cı bölgələrarası kubokunun qalibləri və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib.

Trend-in məlumatına görə, 2008-ci il təvəllüdlü gimnastlar arasında Zəhra Cəfərova ("Zirvə International" klubu) birinci, Zəhra Ələkbərli (Sumqayıt) ikinci, Sara Babayeva (Sumqayıt) üçüncü yerə layiq görülüblər.

2007-ci il təvəllüdlü gimnastlar arasında Seda Nazurova (Qusar) ən yaxşı nəticə göstərib, Günəş Hüseynova (Naxçıvan) ikinci, Sariya Süleymanlı (Zirvya Beynəlxalq klubu) üçüncü yeri tutublar.

Qeyd edək ki, 10-13 oktyabr tarixlərində Milli Gimnastika Arenasında 26-cı Azərbaycan və Bakı birinciliyi və 6-cı bölgələrarası kuboku keçirilir.

Oktyabrın 11-12-də aerobika gimnastikası üzrə beşinci Azərbaycan birinciliyi və Bakı çempionatı da keçirilib.

Gimnastikanın hər iki növündə yarışlarda Bakı və Azərbaycanın bölgələrindən 200-dən çox idmançı iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti