...

Fərid Mustafayev Bakıda Dünya Kubokunun finalında mübarizəyə qoşulacaq

İdman Materials 16 Fevral 2020 08:44 (UTC +04:00)
Fevralın 16-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun finalı keçiriləcək
Fərid Mustafayev Bakıda Dünya Kubokunun finalında mübarizəyə qoşulacaq

Bakı. Cani Babayeva - Trend:

Fevralın 16-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun finalı keçiriləcək.

Trend-in məlumatına görə, gimnastlar batut gimnastikası və tamblinq üzrə fərdi və sinxron proqramda mübarizə aparacaqlar.

Bu gün Azərbaycan gimnastı Fərid Mustafayev tamblinq üzrə final yarışlarında çıxış edəcək. Fərid Mustafayevin finalda rəqibləri Rüstəm Yusupov (Qazaxıstan), Aleksandr Romaxov (Qazaxıstan), Alexander Renkert (ABŞ), Maksim Ryabikov (Rusiya), Alexander Lisitsın (Rusiya), İtan MakQinness (Avstraliya) və Kaden Braun (ABŞ) olacaq.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti