...

İngiltərə Premyer Liqasının futbolçuları koronavirusla mübarizəyə yardım fondu yaradıblar

İdman Materials 9 Aprel 2020 05:47 (UTC +04:00)
İngiltərə Premyer Liqasının futbolçuları koronavirusla mübarizəyə yardım fondu yaradıblar

Trend-i buradan izləyin

Bakı. Trend:

İngilis Premier Liqasının (APL) futbolçuları Britaniya səhiyyə xidmətinin (NHS) birbaşa dəstəklənməsi, koronavirus pandemiyası zamanı ehtiyacı olanlara müalicə və yardımın təmin edilməsi üçün #PlayersTogether təşəbbüsü ilə müvafiq fond yaratmaq qərarına gəliblər.

Trend-in məlumatına görə, təşəbbüsün yaradılması haqqında sənədi "Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson "Twitter" səhifəsində dərc edib.

Bildirilir ki, müxtəlif ingilis klublarından olan futbolçular fonda 4,56 milyon avro vəsait köçürəcəklər.

Britaniyada koronavirusa yoluxma hallarının sayı 60 mini ötüb, 7 mindən çox insan isə bu virusdan dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti