...

"Nyukasl" italyan mütəxəssisi Spalettini dəvət edə bilər

İdman Materials 27 Aprel 2020 03:17 (UTC +04:00)
"Nyukasl" italyan mütəxəssisi Spalettini dəvət edə bilər

Bakı. Trend:

İtaliyalı mütəxəssis Luçiano Spaletti İngiltərənin "Nyukasl"ına rəhbərlik edə bilər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Calciomercato" portalı məlumat yayıb.

Bu vəzifəyə 61 yaşlı italiyalı ilə yanaşı həmyerlisi "Milan" və Turinin "Yuventus"un keçmiş məşqçisi Massimiliano Alleqri və London "Tottenhem"in sabiq məşqçisi argentinalı Maurisio Poçettinin namizədliklərinədə baxılır.

Daha əvvəl "Nyukasl"ın sahibi Mayk Eşlinin Səudiyyə investorları ilə klubun 300 milyon funt sterlinqə (370 milyon dollar) satılması barədə razılığa gəldiyi bildirilib.

Hazırda İngiltərə çempionatı koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə dayandırılıb. "Nyukasl" 29 matçda 35 xal toplayaraq turnir cədvəlində 13-cü yeri tutur. Klub öz tarixində dörd dəfə İngiltərə çempionu olub və 6 dəfə ölkə kubokunu qazanıb.

L.Spalettinin son məşq etdirdiyi klub İtaliyanın "İnter" komandası olub. Bundan əvvəl o, iki dəfə İtaliya kubokunu və bir dəfə ölkənin super kubokunu qazanan İtaliyanın "Roma", "Empoli", "Sampdoriya", "Venesiya", "Udineze" və "Ankona" komandalarına başçılıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti