...

Portuqaliya çempionatının bərpa olunacağı tarix açıqlanıdı

İdman Materials 23 May 2020 15:43 (UTC +04:00)
Portuqaliya çempionatının bərpa olunacağı tarix açıqlanıdı

Bakı. Trend:

Portuqaliya çempionatının hazırki mövsümünün bərpa ediləcəyi tarix açıqlanıb.

Trend-in məlumatına görə, Portuqaliya çempionatı iyunun 3-də başlanacaq. 33-cü tura qədər keçiriləcək görüşlərin cədvəli də məlumdur.

Belə ki, iyunun 3-də start götürəcək 25-ci turun ilk oyun günündə "Portimonensi" komandası "Jil Visente" ilə, "Famalikan" futbolçuları "Portu" kollektivi ilə qarşılaşacaq.

Portuqaliya çempionatında mövsüm koronavirus pandemiyasına görə martın ortalarında dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti