...

Azərbaycanın idman gimnastikası üzrə tanınmış məşqçisi dünyasını dəyişib

İdman Materials 29 İyun 2020 11:51 (UTC +04:00)
Azərbaycanın idman gimnastikası üzrə tanınmış məşqçisi dünyasını dəyişib

Bakı. Trend:

Azərbaycanın idman gimnastikası üzrə əməkdar məşqçisi, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Çingiz Şamilov dünyasını dəyişib.

Ömrünü idmana həsr etmiş Ç.Şamilov "Burevestnik” cəmiyyətində idman gimnastikası ilə məşğul olub, SSRİ idman ustası adına layiq görülüb.

Əmək fəaliyyətinə də idman sahəsində başlayan Ç.Şamilov Milli Olimpiya Komitəsində aparıcı mütəxəssisi olmuş və bir müddət Azərbaycan Gimnastika Federasiyanın Baş katibi vəzifəsində çalışıb.

Ç.Şamilov peşəkar keyfiyyətləri və yüksək insani xüsusiyyətləri ilə bütün həmkarlarının yaddaşlarında uzun illər qalacaqdır.

Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika ictimaiyyəti adından mərhumun ailə üzvlərinə dərin hüznlə baş sağlığı verir və onlara səbr diləyir.

Allah rəhmət etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti