Bakı. Trend:
Uruqvay yığmasının futbolçuları 2022 Dünya Kuboku üzrə Cənubi Amerika seçmə mərhələsinin ilk turunda Çilini məğlub edib.
Trend-in məlumatına görə, Uruqvay millisinin oz meydanında keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.
Luis Suarez 39-cu dəqiqədə VAR sistemindən istifadə etdikdən sonra verilən penaltı zərbəsi ilə ev sahibləri heyətində fərqlənib. 54-cü dəqiqədə hesabı Aleksis Saçez bərabərləşdirdi, lakin əlavə vaxtda Maksi Gomez qələbə topunu vurdu.