...

"Neftçi" "Dinamo"nu məğlub etdi

İdman Materials 7 İyul 2021 22:09 (UTC +04:00)
"Neftçi" "Dinamo"nu məğlub etdi

Bakı. Trend:

Azərbaycan klubları üçün avrokubokların 2021/22 mövsümünə start verilib. "Neftçi" komandası Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo" ilə keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda qalib gəlib.

Trend-in məlumatına görə, Boris Payçadze adına "Dinamo Arena"da təşkil olunmuş qarşılaşmada Azərbaycan klubu 2:1 hesablı qələbə qazanıb.

İki qonşu ölkənin flaqmanının duelində hesabı Azərbaycan çempionu açıb. Premyer Liqanın bombardiri kimi çempionluqda əvəzsiz pay sahibi olan Namiq Ələsgərov fərqlənib. Lakin ilk yarıdakı bu qoldan sonra müdafiəyə çəkilən “Neftçi” çox keçmədən topu qapısından çıxarıb.

İkinci hissənin əvvəlində Samir Abasovun yetirmələri yenidən hesabda önə keçib. Emin Mahmudovun ilk penalti zərbəsini qapıçı dəf etsə də, qayda pozuntusu səbəbindən kapitan 11 metrlik nöqtəyə təkrar yaxınlaşıb. O, dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb. Bu qol “Neftçi”yə 2:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti