...

FİFA prezident seçkiləri keçiriləcəyi tarix açıqlanıb

İdman Materials 31 Mart 2022 03:04 (UTC +04:00)
FİFA prezident seçkiləri keçiriləcəyi tarix açıqlanıb

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti postuna seçkilər 2023-cü ildə qurumun 73-cü Konqresi zamanı keçiriləcək.

Trend bu barədə FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, seçki təqvimi çərşənbə günü FİFA Şurasının iclasında təsdiqlənib. Təqvimə əsasən, seçki dövrü 2022-ci il martın 31-də başlayacaq.

Müraciət üçün son tarix qurultaya dörd ay qalmış, qəbul edilmiş namizədlər üçün bildiriş müddəti isə qurultaya bir ay qalmış başa çatacaq.

FİFA-nın hazırkı prezidenti 2016-cı ildən təşkilata rəhbərlik edən isveçrəli Canni İnfantinodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti