...

Londonda peşəkar Kickboxing və Muay Thai yarışı təşkil edilib (FOTO)

İdman Materials 6 İyun 2022 19:07 (UTC +04:00)
Londonda peşəkar Kickboxing və Muay Thai yarışı təşkil edilib (FOTO)

Bakı. Trend:

"Immortal Champions" idman təşkilatı 5 iyun tarixdə Londonda "Dəmir Yumruq" adında peşəkar Kickboxing və Muay Thai yarışı təşkil edib.

Yarışda Britaniya, Çin, Çexiya, Polşa, Pakistan və digər ölkələrin idmançıları mübarizə aparıb. Yarışın son iki döyüşündə Britaniya və Avropa çempionları müəyyən edilib.

Elia Dewu Hadiqa Abdulu məğlub edərək Britaniya çempionu olub.

Ağırçəkili idmançılar arasında keçən mübarizədə Daniel Sam Çexiyalı çempion Marian Tuma ilə qarşılaşıb və Daniel Sam ilk rəqibi ilk roundda məğlub edərək yeni Avropa çempionu adını qazanıb.

Tədbir vaxtı sarayın ekranlarında Qarabağ Zəfərinin simvollarından "Dəmir Yumruq" yazısı və Xarı Bülbül loqosu əks olunub.

Tədbirdə jurnalistlər və məşhur idman bloqqerləri də iştirak edib, LEAP Frog Combat Media, KickboxingZ mətbuat orqanları və UKMF (United Kingdom Muay Thai Federation) rəhbərləri mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti