...

"Qarabağ" bu gün cavab oyununa çıxacaq

İdman Materials 12 İyul 2022 10:09 (UTC +04:00)
"Qarabağ" bu gün cavab oyununa çıxacaq

Bakı. Trend:

UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün turnirin birinci təsnifat mərhələsinin cavab oyununda Polşanın “Lex” klubu ilə qarşılaşacaq.

Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası (Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper) idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında bir həftə əvvəl Poznanda keçirilmiş ilk oyun “Lex”in 1:0 hesablı qələbəsilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti