Konya.Trend:
Kişi voleybolçulardan ibarət Azərbaycan yığması V İslam Həmrəyliyi Oyunlarında Mərakeş millisinə qalib gəlib.
Trend-in şənbə günü verdiyi məlumata görə, Mərakeş komandasını 3:1 hesabı ilə qalib gələn komandamız yarışın növbəti mərhələsinə yüksəlib.
Birinci setdə 25:20 hesabı ilə qalib gələn Azərbaycan komandası ikinci setdə 22:15 hesabı ilə uduzub, üçüncü və dördüncüdə isə müvafiq olaraq 28:16 və 25:10 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq.