...

Azərbaycanın qadın həndbolçuları V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıblar

İdman Materials 14 Avqust 2022 17:51 (UTC +04:00)
Azərbaycanın qadın həndbolçuları V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıblar
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Azərbaycanın qadın həndbolçuları V İslam Həmrəyliyi Oyunlarının finalında Türkiyə komandasına uduzub.

Trend xəbər verir ki, matçın birinci hissəsi 16:10, ikinci hissəsi isə 14:14 hesabı ilə başa çatıb. Qarşılaşma 30:24 hesabı ilə Türkiyə komandasının qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti