...

Azərbaycan cüdoçusu gümüş medal qazanıb

İdman Materials 5 Fevral 2023 21:30 (UTC +04:00)
Azərbaycan cüdoçusu gümüş medal qazanıb

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev gümüş medal qazanıb.

Trend xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında niderlandlı idmançı Noel Van Endə məğlub olub.

Murad Fətiyev həlledici görüşə qədər ardıcıl olaraq Aydar Arapov (Qazaxıstan), Pol Kibikai (Qabon), Loris Tassyer (Fransa), Tiqo Renes (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) üstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti