...

Boksçumuz lll Avropa Oyunlarında mübarizəni dayandırıb (FOTO)

İdman Materials 24 İyun 2023 21:07 (UTC +04:00)
Boksçumuz lll Avropa Oyunlarında mübarizəni dayandırıb (FOTO)

Bakı. Trend:

Azərbaycan boksçusu Zeynəb Rəhimova Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib.

Trend xəbər verir ki, 54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 final çərçivəsində Lenuta Periyoçlə (Rumıniya) üz-üzə gəlib.

Döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz yarışla erkən vidalaşıb.

Qeyd edək ki, axşam seansında daha 2 boksçumuz mübarizəyə qoşulacaq. Murad Allahverdiyev Kevin Şumannla (Almaniya), Alfonso Dominqes (92 kq) Yan Zakla (İsrail) münasibətinə aydınlıq gətirəcək.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti