...

Kamran Quliyev “Neftçi”nin prezidenti vəzifəsindən azad edildi

İdman Materials 24 İyul 2023 12:45 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.

Trend xəbər verir ki, bu barədə klub rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin rəhbərliyi dövründə “Neftçi” PFK ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti