...

"Sabah" basketbol klubu Avropa Kubokundakı ilk oyununda qələbə qazanıb

İdman Materials 3 Oktyabr 2023 02:04 (UTC +04:00)
"Sabah" basketbol klubu Avropa Kubokundakı ilk oyununda qələbə qazanıb

Bakı. Trend:

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, A qrupunda yer alan Azərbaycan çempionu ilk oyununda Niderlandın “Donar” komandası ilə qarşılaşıb.

Şimali Makedoniyanın paytaxtı Skopyedəki “Kale Arena”da keçirilə görüş Bakı klubunun 75:72 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Sabah” növbəti oyunlarını oktyabrın 3-də “Rabotniçki”yə, 5-də isə “Rapid”ə qarşı keçirəcək.

Ətraflı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti