...

Bədii gimnastlarımızdan bürünc medal

İdman Materials 7 Aprel 2024 15:29 (UTC +04:00)

Bakı. Trend:

Bədii gimnastika üzrə Azərbaycan millisi Estoniyada keçirilən “Tallinn Open” beynəlxalq turnirində bürünc medal qazanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, gimnastlarımız buna böyüklər və gənclər arasında nail olublar.

İlona Zeynalova, Alina Məmmədova və Mədinə Dəmirova böyüklərin, Şəms Ağahüseynova, İlahə Bahadirova, Gövhər İbrahimova və Fidan Qurbanlı gənclərin komanda hesabında üçüncü yeri tutub.

Xəbər lenti

Xəbər lenti