...

Şahmat üzrə dünya çempionatına Nyu-York evsahibliyi edəcək

İdman Materials 18 İyun 2024 03:16 (UTC +04:00)

Bakı. Trend:

Şahmatın rapid və blits növləri üzrə dünya çempionatının təşkilatçı ölkəsi bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, mundial ilin sonunda Nyu-Yorkda keçiriləcək.

Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FİDE) məlumat yayıb. Açıqlamada FİDE-nin dünya çempionatının Nyu-Yorkda təşkilini çoxdan arzu etdiyi bildirilib.

Qeyd edək ki, kişilərin mübarizəsində rapid və blits üzrə hazırki dünya çempionu norveçli Maqnus Karlsendir. Qadınların yarışında isə rusiyalılar Anastasiya Bondaruk rapid, Valentina Qunina isə qalib olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti