...

2034-cü il Qış Olimpiya Oyunlarının keçiriləcəyi ölkə açıqlandı

İdman Materials 24 İyul 2024 15:17 (UTC +04:00)

Bakı. Trend:

2034-cü ildə keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarının yeri müəyyənləşib.

Trend-in İdman.biz-ə istinadən xəbərinə görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verib.

Qurumun 142 sessiyası “Ağ Olimpiada”nın ev sahibi kimi Solt-Leyk-Sitini seçib. ABŞ-ın Yuta ştatında yerləşən bu şəhər ikinci dəfə yarışı qəbul edəcək. 2002-ci ildə də Oyunlar Solt-Leyk-Sitidə baş tutub.

Qeyd edək ki, ABŞ Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının da ev sahibidir.

Xəbər lenti

Xəbər lenti