...

Bədii gimnastikada 2025-ci ilin əsas yarışlarının təqvimi

İdman Materials 8 Oktyabr 2024 20:17 (UTC +04:00)
Bədii gimnastikada 2025-ci ilin əsas yarışlarının təqvimi

Beynəlxalq Gimnastika Federasiyası gələn il üçün bədii gimnastika üzrə ən mühüm yarışların təqvimini dərc edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, onlardan biri də aprelin 18-20-də keçiriləcək Dünya kubokunun Bakı mərhələsi olacaq.

Tam siyahını təqdim edirik:

Dünya kuboku mərhələləri: 4-6 aprel Sofiya (Bolqarıstan), 18-20 aprel Bakı, 25-27 aprel Daşkənd (Özbəkistan), 18-20 iyul Milan (İtaliya)

Çağırış kubokunun mərhələləri: 9-11 may Portimao (Portuqaliya), 11-13 iyul Kluj-Napoka (Rumıniya)

41-ci Avropa çempionatı: 4-8 iyun Tallinn (Estoniya)

Yeniyetmələr arasında 3-cü dünya çempionatı: 18-22 iyun Sofiya (Bolqarıstan)

32-ci Yay Universiadası: 16-20 iyul Reyn-Rur regionu (Almaniya)

41-ci dünya çempionatı: 20-24 avqust Rio-de-Janeyro (Braziliya).

Xəbər lenti

Xəbər lenti