Bakı. Trend:
"Formula-1"in 2025-ci il mövsümünün Qran-prisi martın 16-da Avstraliyada baş tutub.
Trend-in məlumatına görə, Melburn şəhərində keçirilmiş Avstraliya Qran-prisində qalib adını "McLaren" komandasından britaniyalı Lando Norris qazanıb.
İkinci və üçüncü yerləri isə müvafiq olaraq, "Red Bull" komandasından Maks Ferstappen və "Mercedes"dən Corc Rassel tutublar.
Şəhər trasında keçirilmiş yarış yağışlı hava şəraitində baş tutub. Altı pilot yarışa qatılmağı başa çatdıra bilməyib.
Xatırladaq ki, 24 yarışdan ibarət mövsümün 17-ci mərhələsi olan Azərbaycan Qran-prisi sentyabrın 19-21-də baş tutacaq.