Bakı. Trend:
Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turniri üç medalla başa vurub.
Trend Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, finalda Macarıstanlı Kruzito Kovaçsu 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Digər boksçularımızdan Tural Sarıyev (50 kq) və Əli Abdullayev (65 kq) isə gümüş medala layiq görülüblər.