...

Azərbaycan karateçiləri Çində keçirilən nüfuzlu turnirdə iki medal qazandı (FOTO)

İdman Materials 16 Mart 2025 14:51 (UTC +04:00)
Azərbaycan karateçiləri Çində keçirilən nüfuzlu turnirdə iki medal qazandı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan karateçiləri Çinin Hanjou şəhərində təşkil olunan "Karate1 Premyer Liqa" turnirində uğurla çıxış edərək iki bürünc medal qazanıblar.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

67 kq çəki dərəcəsində mübarizə aparan Nuran Rzazadə və 75 kq çəki dərəcəsində çıxış edən Fərid Ağayev turniri üçüncü pillədə başa vuraraq bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan milli komandası yarışa baş məşqçi Şahin Atamovun rəhbərliyi altında qatılıb.

Xəbər lenti

Xəbər lenti