...

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb (FOTO)

İdman Materials 16 Mart 2025 19:37 (UTC +04:00)
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şüvəlandakı Ağırlıqqaldırma Akademiyasında keçirilən U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin son günü gərgin və maraqlı mübarizə ilə yadda qalıb.

Trend xəbər verir ki, yarışın yekununda daha 4 çəki dərəcəsi üzrə qaliblər müəyyən edilib.

U-15 kateqoriyası üzrə nəticələr:
67 kq – Hikmət Məhərrəmov 203 kq (85 kq + 118 kq) nəticə göstərərək qızıl medal qazanıb.
73 kq – Lətif Əliyev 205 kq (95 kq + 110 kq) nəticə ilə birinci yeri tutub.

Yeniyetmələr kateqoriyası üzrə nəticələr:
67 kq – Kamran Xappayev 235 kq (108 kq + 127 kq) nəticə ilə çempion olub.
73 kq – Əbdülhüseyn Hüseynov 241 kq (108 kq + 133 kq) nəticə ilə qalib gəlib.

Beləliklə, yarış yüksək səviyyədə təşkil olunaraq, idmançılar arasında güclü rəqabətə şahidlik edib.

Xəbər lenti

Xəbər lenti