Bakı. Trend:
"Səbail" klubunun baş məşqçisi Cavid Hüseynov istefaya göndərilib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paylaşımda bildirilir:
"Səbail" PFK-nın baş məşqçisi Cavid Hüseynov istefaya göndərilib. Ona klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq."
Qeyd edək ki, Cavid Hüseynov 2023-cü ilin noyabrında "Səbail"ə baş məşqçi təyin olunmuşdu.