...

Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının yeni tərkibi müəyyənləşib

İdman Materials 18 Mart 2025 21:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK-un Atletlər Komissiyasının iclası keçirilib.

Trend xəbər verir ki, iclası giriş sözü ilə açan MOK-un İdman İdarəsinin müdiri Həsənağa Rzayev Atletlər Komissiyasının fəaliyyəti barədə məlumat verib.

İclas zamanı komissiyanın yeni tərkibi formalaşdırılıb. 2025-2028-ci illər üçün komissiyanın sədri cüdoçu Rüstəm Orucov, sədr müavini isə taekvondoçu Fəridə Əzizova seçilib. Komissiyanın digər üzvləri Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Təranə Abbasova (ağırlıqqaldırma), Fatimə Alkərəmova (üzgüçülük) və Rəsul Çunayev (güləş) olub.

Xəbər lenti

Xəbər lenti